Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstana səfər etmək niyyətindədir.
İctimaifikir.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Poroşenko administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev bildirib.
Səfər 17-19 iyul tarixlərində gerçəkləşəcək.
"Son zamanlar münasibətləri aktivləşdirmişik. Bir müddət əvvəl yeni səfir də təyin olunub.
Gürcüstanla strateji tərəfdaşlığımızın gücləndirilməsini gözləyirik. Əməkdaşlığımızın iqtisadi sərmayə potensialını üzə çıxaracaq bir sıra sənədlər imzalanacaq”, - deyə Yeliseyev bildirib.