Rusiya Ermənistanla hərbi sazişin ratifikasiyasını nəzərdən keçirəcək

Rusiya Dövlət Duması 2016-cı ilin noyabrın 30-da Moskvada imzalanmış Ermənistanla birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişin ratifikasiyasını nəzərdən keçirəcək.

Rusiya Ermənistanla hərbi sazişin ratifikasiyasını nəzərdən keçirəcək

İctimaifikir.az "Qafqazinfo”ya istinadən  xəbər verir ki, ssaziş və sənədin əlavəsi Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının tətbiqi, formalaşdırılması qaydası, yerləşdirilməsi və təyinatını müəyyən edir.

Qeyd olunur ki, birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir.   

Birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı hücum hazırlığını vaxtında müəyyənləşdirmək və dəf etmək; ölkələrin sərhədlərini quru hissəsini qorumaq; Rusiya və Ermənistanın dövlət sərhədlərinin hərbi-kosmik məkanda mühafizəsinin həyata keçirmək; həmçinin hər iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir.

Qoşun qruplaşmasının idarəsi üçün birləşmiş komandanlığı yaradılması nəzərdə tutulur. Qoşunların yerləşdirilməsi və tətbiqi barədə qərar Rusiya və Ermənistan silahlı qüvvələrin ali baş komandanları tərəfindən birgə qəbul edilir.




[email protected]