® Unibankda mikro kreditlər komissiyasız oldu

Biznesinizi böyütmək üçün əsl fürsətdir. Unibankda mikro kreditlər  0% komissiyalı oldu. Ticarət, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində fəaliyyət göstərən biznes sahibləri 15 000 manatadək biznes kreditlərini komissiyasız əldə edə bilərlər.  Mikro kreditlər  operativ şəkildə 1-3 gün ərzində verilir. Kredit üçün sahibkarlardan sənəd tələbi də minimum olub. 0% komissiyalı mikro kredit aksiyası avqustun 6-dək davam edəcək. 

Hazırda ölkəmizdə on minlərlə sahibkar öz biznesini böyütmək arzusundadır və Unibank davamlı olaraq onlara dəstək verir.  Biznesini genişləndirmək istəyən sahibkarlar bankın Bakıda və eləcə də regionlarda yerləşən filiallarına müraciət edərək, sərfəli  biznes kreditlərindən faydalana bilərlər.

 Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.azHYPERLINK "http://www.facebook.com/unibank.az%A0,https://twitter.com/unibank" ,HYPERLINK "http://www.facebook.com/unibank.az%A0,https://twitter.com/unibank"https://twitter.com/unibank ) əldə etmək olar.

 

Unibank-hər kəsin bankı




[email protected]