Brent markalı neftin qiyməti 47 dolları ötüb
Dünya birjalarında neft bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,75 dollar və ya 0,33% artaraq 44,56 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,35 dollar və ya 0,75% artaraq 47,06 dollar olub.
[email protected]