A indikatorunun C- yə keçməsinin təhlükəliliyi nədədir?

Biz maşına oturan kimi motoru işə salırıq və düşünmədən A/C indikatorunu hərəkətə gətiririk. Biz bu işi hər dəfə təklrarlayırıq, amma bunun bizim həyatımız üçün nə qədər təhlükəli olduğunu düşünmürük. Bu ən çox da maşını pəncərələri bağlı halda saxladıqdan sonra baş verir. Maşını pəncərələri bağlı halda kölgədə saxladıqda onun daxilində 400-800 mq benzol əmələ gəlir. Maşını 16* Selsidən çox isti olan yerdə pəncərələri bağlı halda saxladıqda bu rəqəm 2000-4000 mq-a qədər yüksəlir, yəni 40 dəfə artır.
A indikatorunun C- yə keçməsinin təhlükəliliyi nədədir?
İctimaifikir.az immunitet.az-a istinadən bildirir ki, bu zaman maşının pəncərələrini açmadan motoru işə saldıqda maşının salonundakı benzolun toksiki təsiri insanın böyrəklərinə, qaraciyərinə və beyin hüceyrələrinə təsir edir. Bu toksiki təsirin orqanizmdən çıxması üçün isə uzun müddət vaxt lazım gəlir. Düşünəndə ki, bu hadisə hər dəfə maşının motorunu işə salan zaman baş verir, onda orqanizmə dəyən zərərin miqdarının həddi-hüdudu olmur. Toksiki maddənin orqanizmə zərər verməməsi üçün isə maşına minərkən motoru işə salmazdan əvvəl maşının pəncərələrini açmaq lazımdır.
Tibbi açqlaması
Araşdırmalar benzolun toksiki və ən ağır xəstəliklərə yol açan bir maddə olduğunu təsdiq edib. Mütəxəssisslər bu səbəbdən maşının motorunu işə salmazdan əvvəl salonun havasının bir-neçə dəqiqə təmizlənməsini məsləhət bilir.
Mütəxəssislər maşını havalandırmamışdan əvvəl motoru yandırmağa vərdiş edən sürücülərə bu vərdişlərini tərgitməyi məsləhət bilir. Çünki uzun müddət toksinlərin orqanizmə təsiri faciə ilə nəticələnə bilər.


[email protected]