Fransalı deputat: "BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməli və Ermənistanın dinc sakinlərə hücumunu pisləməlidir"

BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməli və Ermənistanın dinc sakinlərə hücumunu pisləməlidir.

 Fransalı deputat: "BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməli və Ermənistanın dinc sakinlərə hücumunu pisləməlidir"

İctimaifikir.az xəbər verir ki, bunu Trend-ə fransalı deputat Raşida Dati deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk qrupu və BMT Təhlükəsizlik Şurası vasitəsilə təsir göstərmək imkanı var:

"ATƏT-in Minsk qrupunun bütün vasitələrindən istifadə etmək lazımdır. Bu münaqişənin başa çatması üçün biz Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməliyik".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.




[email protected]