Səfirliyimizin bəyanatı Misir mətbuatında geniş işıqlandırılıb

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törədilən qanlı cinayət barədə AR-ın Misirdəki səfirliyinin bəyanatı Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik agentlik və qəzetlərində geniş şəkildə işıqlandırılıb.

Səfirliyimizin bəyanatı Misir mətbuatında geniş işıqlandırılıb

İctimaifikir.az Trend-ə istinadən bildirir ki, bəyanatda iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın vəhşicəsinə qətlə yetirilməsi öz əksini tapıb.

Erməni vəhşiliyi və terroru barədə Misir ictimaiyyətinə məlumat verilib, digər tərəfdən Ermənistanın Azərbaycanın 20 faiz torpalqarını işğal etdiyi, münaqişə ilə bağlı BMT TŞ-nın qəbul etdiyi dörd qətnamənin indiyədək yerinə yetirilmədiyi, sülh danışıqlarından boyun qaçırdığı bəyanatda vurğulanıbdır.




[email protected]