Ermənistan və Serj Sarkisyan iki yaşlı körpə Zəhra Quliyevanın ölümünə görə mütləq cavab verəcəklər.
İctimaifikir.az xəbər verir ki, Milli Məclisin komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə Facebook şəbəkəsindəki profilində bildirib.
Millət vəkili bu fikirlərini üzərində iyulun 4-də ermənilər tərəfindən qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyevanın və Ermənistan prezidenti Serj Sarkisyanın altına "Qisas alınmalıdır!" sözləri yazılmış şəkli ilə birlikdə paylaşıb.
Qeyd edək ki, iyul ayının 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.