"İstənilən beynəlxalq münaqişənin vasitəçiləri üçün bu münaqişənin hərbi həll yolunun olmadığını demək səhvdir".
İctimaifikir.az xəbər verir ki, bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bəyanatı vəziyyətə aydınlıq gətirmir:
"ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında adi qaydada zorakılığın pislənməsi səsləndirilir. Bu ifadələri dünyanın istənilən nöqtəsində istənilən münaqişəyə aid etmək olar".
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.