Çin terrorçuluqla mübarizəyə öz töhfəsini artırmalıdır.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Şərqi Asiya və Sakit okean işləri üzrə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Syuzan Tornton deyib.
"Biz hesab edirik ki, Çin artan qlobal terrorçuluq problemindən daha çox əziyyət çəkir və biz istəyərdik ki, onlar fəallaşsın və üzərləriinə böyük məsuliyyət payı götürsünlər. Onların terrorçuluqla mübarizəyə töhfələri daha çox olmalıdır", - S.Tornton deyib.
S,Tornton qeyd edib ki, Pekinin, məsələn İraqda çox maraqları var və onlar İŞİD-in darmadağın edilməsi üzrə beynəlxalq koalisiyaya kömək etmək üçün daha çox töfhə verməlidirlər.