"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür"

Dağlıq Qarabağ münaqişəsinin həlli xalqların öz müqəddaratını etmə hüququ nəzərə alınmaqla, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

 "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür"

İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

M.Brayza qeyd edib ki, münaqişə tərəfləri arasında etimad yoxdur:

"Tərəflər bir-birinə inanmırlar. Bu da nizamlanmanın əldə olunmasına maneçilik törədir. Buna nail olmaq üçün çətin kompromisslər tələb olunur".

Ekspert bildirib ki, yeganə yol ABŞ və Rusiyanın Aİ-nin iştirakı ilə münaqişə tərəflərinin rəhbərliklərinə problemin həllində siyasi dəstək göstərmələri ola bilər:

"Dağlıq Qarabağ ABŞ və Rusiyanın ümumi mövqeyə malik olduğu və birgə fəaliyyətə hazır olduğu azsaylı məsələlərdən biridir".




[email protected]