Kolumbiyanın xarici işlər naziri Azərbaycana gəlib

Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin Azərbaycanda işgüzar səfərdədir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Maria Anxela Olginin bu gün xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Səfər çərçivəsində o, regionlara da səfər edəcək.

Səfər iyunun 19-da başa çatacaq.


[email protected]