ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Vaşinqton polisinin prezident Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verməsinə görə XİN-ə çağırılıb. APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.
"Vaşinqton polisi mayın 16-da baş vermiş insidentlə əlaqədar prezident Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verdikdən sonra ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN rəhbərinin müavini Ümit Yalçınla görüşə dəvət olunub. Səfirə bildirilib ki, həmin qərar yanlış, qeyri-obyektiv və hüquqi cəhətdən əsassızdır”, - deyə bəyanatda bildirilir. 

Qeyd olunub ki, Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahı qarşısında insidentin baş verməsinə səbəb yerli təhlükəsizlik orqanlarının lazımi tədbirlər görməməsi olub.


[email protected]