“Azərenerji” karyera sərgisində 31 vakant vəzifə ilə çıxış edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Məzun-Karyera Sərgisi keçirilib.

Ali məktəblə sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi, məzunların öz ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradılması məqsədi daşıyan sərgidə "Azərenerji” ASC də iştirak edib.

Sərgidə iştirakçılara qurumun tarixi inkişaf yolu, elektrik enerjisinin istehsalı imkanları, müasir ötürmə və idarəetmə sistemi, həmçinin strateji hədəfləri barədə ətraflı təsəvvür yaratmaq üçün hazırlanmış xüsusi çap məhsulları təqdim olunub. Universitetin Energetika fakültəsinin məzunlarına "Azərenerji”nin mərkəzi aparatında və ayrı-ayrı müəssisələrində olan 31 vakant vəzifə təklif edilib. Əsasən mühəndis vəzifələrindən ibarət iş yerləri barədə məzunlara ətraflı məlumat verilib.

Bununla yanaşı, "Azərenerji”də öz karyerasını qurmaq istəyi olan məzunlara işə qəbul qaydaları ilə bağlı izahat verilib, onları maraqlandıran suallar cavablandırılıb.




[email protected]