İki lider Şimali Koreya barədə razılığa gəldi

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.

 

Musavat.com-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. İki lider telefon danışığında Şimali Koreyadakı mövcud vəziyyətin diplomatik yolla həllini müzakirə ediblər. Bu, Trampla Putin arasında 6 apreldə ABŞ ordusunun Suriyanı bombardman etməsindən sonra baş tutuan ilk telefon danışığı olub. İki liderin Şimali Koreya probleminin həlli üçün birgə fəaliyyətdə anlaşdığı bildirilib.

 

Bundan başqa, Trampla Putinin 7-8 iyulda Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 sammitində üz-üzə gələcəyi qeyd olunub. 




[email protected]