Azərbaycan ABŞ-da "Dənizdə Texnologiyalar konfransı"nda təmsil olunur

ABŞ-da səfərdə olan energetika naziri Natiq Əliyev Hyuston şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirib.

İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Twitter" səhifəsində yazıb.

Azərbaycan ABŞ-da "Dənizdə Texnologiyalar konfransı"nda təmsil olunur

Görüşdə ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta da iştirak edib.

Qeyd edək ki, N.Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 1-4 may tarixlərində Texas ştatının Hyuston şəhərində keçirilən neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan "Dənizdə Texnologiyalar konfransı"nda iştirak edir.

Konfransda N.Əliyevin çıxışı nəzərdə tutulub.




[email protected]