Almaniyanın kansleri Angela Merkel Sankt-Peterburq metrosunda terror aktı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, bu haqda Almaniya hökumətinin mətbuat xidməti məlumat verib.
"Belə çox insan ölüb və yaralandığı Sankt-Peterburqda baş vermiş partlayış haqda mən dəhşətlə eşitdim. Hər şey onu göstərir ki, bu qorxaq bir hücumdur. Mənim ən qətiyyətli şəkildə pislədiyim bu dəhşətli akt təstiqləndiyi halda, onun ilhamçıları müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdırlar", - teleqramda deyilir.
Kansler həmçinin bildirib ki, ürəyi ilə o ailələri ilə ölən və yaralananların yanındadır və onlara tezliklə sağalmasını arzulayıb.