Aprelin 3-də Belarus lideri Aleksandr Lukaşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş baş tutacaq.
İctimaifikir.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus Baş nazirinin müavini Vladimir Semaşko deyib. Jurnalistin "Lukaşenko Moskvaya səfər edəcəkmi?” sualına Semaşko birmənalı cavab verməyib:
"Yəqin ki! Mən deyə bilmərəm ki, bizim bütün əlaqələrimiz konstruktivdir. Tərəflər görüş zamanı ayrı-seçkilik etmədən daha müsbət şərtlərin yollarını axtaracaqlar. Belarus iqtisadiyyatı açıq olaraq qalır”.
Qeyd edək ki, bu gün Belarus lideri Lukaşenko belarus və rus xalqlarının qardaşlığına işarə ilə Putinlə qardaş olduğunu və heç bir vasitəçiyə ehtiyac olmadan, onunla yaxın günlərdə görüşəcəyini bildirmişdi.