Türkiyə paytaxtı Ankarada betonqarışdıran avtomobillə minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, bir nəfər yaralanıb.
İctimaifikir.az "Report” "-a istindən xəbər verir ki, hadisə paaytaxtın Akyurt rayonunda baş verib.
Ölənlərin hamısı minik avtomobilinin sərnişinləridir.
Betonqarışdıran maşının sürücüsü isə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.