Ədalət yerinə yetirilməlidir, biz isə dailoqu davam etdirməliyik, sülhün bərqərar olunması üçün yeni üsullar tələb olunur.
İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə V Qlobal Bakı Forumu çərçivəsində Rusiya baş nazirinin keçmiş müavini Gennadiy Burbulis deyib.
O bildirib ki, biz daimi olaraq eyni ədalət tələblərini irəli sürə bilmərik: "Ermənistan tərəfini barışığa hazır olmayan tərəf kimi qəbul etmək lazımdır. Hesab edirəm ki, Azərbaycanın ən böyük missiyalarından biri bu olmalıdır. Şəxsən mən anlaşma və sülh üçün böyük olmasa da, müəyyən mövqelər tapmağa çalışacağam".
Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.
V Qlobal Bakı Forumunda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edir. Forum çərçivəsində panel müzakirələri təşkil olunur. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılır.