Xələf Xələfov: "Qarabağ məsələsi AŞPA-nın komitə iclasında qaldırılacaq"

Dağlıq Qarabağ məsələsi AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında qaldırılacaq.

 Xələf Xələfov: "Qarabağ məsələsi AŞPA-nın komitə iclasında qaldırılacaq"

İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovdeyib.

O bildirib ki, iclasda çox vacib məsələlər müzakirə olunacaq:

"Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, xüsusilə Ermənistanın uzun illər davam edən təcavüzü, təcavüz nəticəsində işğal olunmuş ərazilərimizin problemi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi, bu istiqamətdə hökumətin gördüyü işlərlə bağlı məsələlər tərəfimizdən qaldırılacaq. İclasda eyni zamanda, dünya birliyinin bu məsələlərə münasibəti, münaqişənin həll olunması çətinlikləri, Ermənistanın danışıqlar prosesində sərgilədiyi münasibət və digər məsələləri qaldıracağıq".




[email protected]