Almaniyadan Türkiyəyə ZƏRBƏ - "Erməni soyqrımı" abidəsi ucaldırlar

Almaniyada Köln Böyükşəhər Bələdiyyə İdarəsi "Erməni soyqırımı" xatirə memoreal abidəsinin ucaldılmasına razılıq verib.

Almaniyadan Türkiyəyə ZƏRBƏ - "Erməni soyqrımı" abidəsi ucaldırlar

İctimaifikir.az Milli.Az -a istinadən xəbər verir ki, Köln Böyükşəhər Bələdiyyə Məclisi Komissiyasının çıxardığı qərara görə abidə Lehmbaçer Veg qəbiristanlığında ucaldılacaq.

Ümumilikdə 5 min üzvü olan Köln Erməni-Xristian Cəmiyyətinin "Yaşıl Sahə" Komissiyasına müraciəti ilə gündəmə gələn "soyqırım" xatirə memoreal abidəsinin ucaldılacağı qəbiristanlıqda dəfn edilənlərin əksəriyyəti müsəlmanlardır.

Köln Türkləri Həmrəylik və Təşəbbüs Platformasının sözçüsü Levent Taşkıran bu qərara sərt reaksiya verib. "Soyqırım" abidəsinin ucaldılacağı qəbiristanlıq qarşısında açıqlama edən Levent Taşkıran "Platforma olaraq bu mövzunu təxminən iki ildir təqib edirik. Köln Bələdiyyəsi və Kölndəki siyasi partiyalarla lazımlı danışıqlar apardıq. Amma təəssüf ki, Baş Komissiya bizim fikrimizi öyrənmədən, əleyhimizə qərar çıxardı" deyib.

 

Qərarın siyasi olduğunu vurğulayan Taşkıran sözlərini davam etdirib: "Görüşlərdə biz hər tərəfdən insanların öldüyünü və onların bərabər olaraq xatırlanması lazım olduğu təklifini təqdim etdik. Buna da müsbət yanaşılmadı. Bu qərar buradakı türklərə hörmətsizlikdir. Bu qərarı tanımırıq və antidemokratik hesab edirik".

Köln Başkənd Bələdiyyə Məclis üzvü Malik Karaman (SPD) DHA-ya etdiyi açıqlamada onun qərarın verildiyi Baş Komissiaya aidiyyətinin olmadığını ifadə edib. Karaman alınan qərarın qəti olduğunu və tətbiq olunması üçün başqa bir səs verməyə ehtiyac olmadığını açıqlayıb.




[email protected]