Türkiyə hökuməti Niderland səfirinin ölkəyə girişinə icazə verməyib.
"İctimaifikir.az" Modern.az -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş nazirin müavini Numan Kurtulmuş məlumat verib.
Baş nazirin müavini səfirin Ankaraya qayıtmasının qadağan edildiyini bilddirib: "Bizim tələblərimizin yerinə yetirilməyəcəyinə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə buraxılmaması barədə qərar qəbul edilib".
Qeyd edək ki, Türkiyənin əsas tələbi ilk növbədə Niderland tərəfinin üzr istəməsidir.