Çavuşoğlu: Holland xalqı Türkiyənin dostudur

Holland xalqını hədəf almayacağıq və onlara zərər verməyəcəyik. Çünki bu, onların xətası deyil. Holland xalqı Türkiyənin dostudur.

Çavuşoğlu: Holland xalqı Türkiyənin dostudur

"İctimaifikir.az" Axar.az -a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Hollandiya hökumətinin irqçi lider Valdersdən zərrə qədər fərqi yoxdur. Hollandiyada baş tutacaq seçkilərdə kimin qalib gələcəyinin önəmi yoxdur. İstənilən halda, Valdersin tərəfdarları xoşbəxt olacaqlar”, - XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Hollandiyanın ultrasağçı Azadlıq Partiyasının lideri Qrit Valders Çavuşoğlunun səfərinin ləğvi ilə bağlı kampaniya başlatmışdı.




[email protected]