Kəşfiyyatdan Rusiya XƏBƏRDARLIĞI: nazir Moskvanı çirkin oyunda ittiham etdi

Böyük Britaniyanın kəşfiyyat agentliyi siyasi partiyalara xəbərdarlıq edib ki, onlar özlərini potensial kiber hücumlardan qorusunlar. Xüsusilə, Rusiyanın ötən il ABŞ-dakı prezident seçkilərinə kiber müdaxiləsindən sonra bu məsələ daha da aktuallaşır.

 Kəşfiyyatdan Rusiya XƏBƏRDARLIĞI: nazir Moskvanı çirkin oyunda ittiham etdi

Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzindan (NCSC) bildirilib ki, onlar siyasi partiya liderlərinə mövcud təhlükələr haqqında xəbər veriblər. Qeyd olunub ki, partiyalar özlərinin internet şəbəkələrinin təhlükəsizliyini gücləndirməlidirlər.

 

"İctimaifikir.az" bildirir ki, Modern.az saytının məlumatına görə bu haqda "Sunday Times” yazıb. Mənbələr isə yayılan məlumatı qismən təsdiqləyiblər.

 

Bildirilib ki, parlament, siyasi təsisatlara, şəxsi elektron ünvanlara qarşı qarşı kiber hücumların arxasında demokratik prosesləri zəiflətmək dayanır.

 

NCSC-dən "Reuters”ə verilən məlumata görə görə isə, onlar partiyalara bu haqda yazıblar, lakin bu onu təsdiqləmir ki, kiber hücumlar Rusiyadandır.

 

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson da qeyd edib ki, onlarda Rusiyanın demokratik proseslərə zərbə vurmaq üçün kiber hücumlar təşkil etdiyi barədə dəlil yoxdur.

 

"Lakin bizdə kifayət qədər sübut var ki, Rusiya bunu etməyə qadirdir. Və heç şübhə yoxdur ki, onların hər cür çirkin hiylələri olub”-deyə nazir əlavə edib.

 




[email protected]