Çavuşoğlu Hollandiyaya getməkdə israrlıdır

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə hollandiyalı həmkarı Bert Koenders arasında telefon danışığı olub. "İctimaifikir.az" Modern.az-a istinadən Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı Hollandiya tərəfinin istəyi ilə baş tutub.

Çavuşoğlu Hollandiyaya getməkdə israrlıdır

Daha sonra mediaya açıqlama verən Mövlud  Çavuşoğlu bu ölkəyə səfər edəcəyini açıqlayıb: "Müxtəlif maneələr bizi dayandıra bilməz. Valders kimi irqçilərə fürsət verə bilmərik”.

Qeyd edək ki, radikal sağ təmayüllü Azadlıqlar Partiyasının lideri Qirt Valders Çavuşoğlunun səfərinin ləğv edilməsi ilə bağlı kampaniya başladıb.




[email protected]