Bosniya və Herseqovina suverenlik və ərazi bütövlüyü məsələlərində Azərbaycanın mövqeyini dəstəkləyir.
"İctimaifikir.az" bildirir ki, bunu Trend-ə müsahibəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç deyib.
M.İvaniç qeyd edib ki, Bosniya və Herseqovina Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş çoxtərəfli fəaliyyəti, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.
Rəyasət Heyətinin sədri onu da xatırladıb ki, 2013-cü ilin əvvəllərində Bosniya və Herseqovina Parlament Assambleyasının hər iki palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə qəbul edib.