ABŞ İranın təxribatlarına dözmək fikrində deyil

ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində olmadığını bəyan edib .

ABŞ İranın təxribatlarına dözmək fikrində deyil

"İctimaifikir.az” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

 "Prezident Hörmüz körfəzində baş verən insidentlə bağlı məlumatlandırılıb. O açıq şəkildə bildirib ki, təxribatçı (İranın-red) hərəkətlərə dözməyəcək”,-deyə Spayser brifinqdə qeyd edib.

Qeyd edək ki, ötən şənbə günü İrana məxsus hərbi katerlər Hörmüz körfəzində ABŞ hərbi gəmisinə 550 metrə qədər yaxınlaşıb.

Rəsmi Tehran insidentin baş verməsində ABŞ tərəfini günahlandırıb




[email protected]