Millət vəkili Qənirə Paşayevanın Alanyada Qarabağ parkı açılması və Qarabağ çağırışı bələdiyyə başqanı və Türk Ocakları tərəfindən dəstəklənib.
"Dağlıq Qarabağ problemi, Türk dünyasının ortaq sorunları” mövzusunda konfrans vermək üçün Alanyaya səfər edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Alanya bələdiyyə başqanı Adem Murat Yücel ilə görüşüb. Millət vəkili Q.Paşayevanın Alanyada Azərbaycan küçəsi və Qarabağ Parkı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanı qaldırdığınız təkliflər gerçəkləşəcək, çünki Mustafa Kamal Atatürkün söylədiyi kimi Azərbaycanın sevinci bizim də sevincimiz, kədəri bizim də kədərimizdir deyib. Görüş zamanı Azərbaycana böyük sevgisi və təkliflərini müsbət qarşıladığı üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Alanya bələdiyyəbaşqanı Adem Murat Yücellə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb.
Millət vəkili Q.Paşayeva son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Alanyanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Alanya bələdiyyə başqanı Adem Murat Yücel Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdəəməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Millət vəkili Qənirə Paşayeva Alanya bələdiyyə başqanına həmmüəllifi olduğu Türkiyə türkcəsində "Karabağ hikayeleri” kitabını hədiyyə edib. O, həmçinin bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan QənirəPaşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq hissəsələrində qədim Alanyanın da yer alacağını bildirib: "Azərbaycan insanına Alanyanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”.
Alanya bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Alanya bələdiyyə başqanı Adem Murat Yücel Azərbaycana mütləq səfər edəcəyini bildirib. Qənirə Paşayeva Alanya Türk Ocaqlarını Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Alanya Türk Ocaqlarını ziyarət edib, Alanya Türk Ocaqlarının rəhbəri Hasan Peker və üzvləri ilə görüşüb, fikir mübadiləsi aparıb və "Dağlıq Qarabağ problemi və Türk dünyasının ortaq problemləri” mövzusunda konfrans verib. Alanya Türk Ocakları rəhbəri Hasan Peker və üzvləri görüş zamanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyiblər.
Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə də danışan millət vəkili Qənirə Paşayeva bu məsələnin harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemi və məsələsi olduğunu və Qarabağ probleminin həlli, Xocalı Soyqırımı həqiqtlərinin daha geniş yayılmasında türk gəncliyinin fəallığını daha da artırmasının vacibliyini, bu istiqamətdə də Türk Ocaqları ilə layihələrin artmasının əhəmiyyətini də vurğyulayıb. Azərbaycanı özümüzə vətən, Qarabağ problemini də öz ağrımız sayırıq deyən Alanya Türk Ocaqları rəhbərliyi bu istiqamətdəgörülən işlərə toxunmaqla bərabər fəaliyyətin daha da aktivləşəcəyini deyiblər. Ziyarətin və görüşün sonunda millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən keçiriləcək bir sıra tədbirlərdə iştirak etmək üçün Alanya Türk Ocaqlarının rəhbərliyini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları Alanya Türk Ocaqlarına hədiyyə edib. Dəvəti məmnuniyyətlə qəbul edən Alanya Türk Ocakları rəhbəri Hasan Peker də öz növbəsində Türk Ocaqlarının fəaliyyəti ilə bağlı materialları millət vəkilinə hədiyyə edib. Millət vəkili Alanya Türk Ocaqlarının bütün üzvlərinə həmmüəllifi olduğu "Karabağ hikayeleri” kitabını hədiyyə edib və gənclərimizə ortaq tariximizi daha dərindən öyrədilməsinin vacibliyi və bu istiqamətdə Türk Ocaqlarının rolunun vacibliyini xüsusi vurğulayıb.
Millət vəkili Q.Paşayeva Alanya Türk Ocakları rəhbərliyi ilə görüşdən sonra Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş gənclərə "Dağlıq Qarabağ problemi və Türk dünyasının ortaq problemləri ” mövzusunda konfrans da verib və onları erməni yalanları ilə mübarizədə daha fəal olmağa çağırıb.
QHT, KİV rəhbərləri, aydınlar, gənclərin iştirak etdiyi konfransda ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edən millət vəkili Q.Paşayeva şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyirik deyib. Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq. İnanırıq ki, bütün Türk dünyası və diasporu bu gün tək ürək kimi Azərbaycanın yanındadır deyib. Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülkü vətəndaşlar barədə məlumat verən millət vəkili Q.Paşayeva ermənilərin təxribatlarına cavab verən zaman şəhid olan əsgər və hərbiçilərimizi rəhmətlə anır və yaralılarımıza qısa zamanda şəfalar diləyirik deyib.
Millət vəkili Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib və onlara çağırış səsləndirib. Millət vəkili bütün beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyəçağırırıq deyib. Azərbaycanın ordusunun da, xalqının da səbri daşmışdır və artıq yetər deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar ordumuz tərəfindən daha ağır cavab alacaqlar.
O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin,onların KİV-lərinin,erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdəAzərbaycan əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb.
Qardaş Türkiyənin və bəzi xarici KİV-lərə ön cəbhədəki son hadisələrlə bağlı geniş müsahibələr verdiyini vurğulayan millət vəkili indi əsl həqiqətləri geniş yaymalı, Azərbaycan əleyhinə yalanlara imkan verməməliyik deyib. Millət vəkili Q.Paşayevanın çağırışına cavab olaraq tədbirin təşkilatçısı Alanya Türk Ocakları başqanı Hasan Peker çıxış edərək Alanya Türk Ocaklarının bundan sonra Azərbaycan həqiqətlərinin geniş yayılması və erməni yalanlarına qarşı mübarizədə daha da fəal rol oynayacağını deyib. Millət vəkili Q.Paşayevaya Türk Dünyası qarşısından xidmətlərindən dolayı Alanya Türk Ocakları adından plaket təqdim ediblər. Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları "Karabağ hikayeleri” kitabını hədiyyə edib.