ABŞ Üsamə bin Ladenin kürəkənini öldürdü

Əl-Qaidənin qurucusu Üsamə bin Ladenin kürəkəni Əbu Kayr əl Masri ABŞ tərəfindən öldürülüb.

ABŞ Üsamə bin Ladenin kürəkənini öldürdü

"İctimaifikir" Avropa.info-ya istinadən xəbər verir ki, bu haqda İsraildə nəşr edilən "Arutz Sheva” adlı qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Əbu Kayr əl Masri Suriyanın İdlib şəhərində ABŞ-a məxsus insansız hava aparatı tərəfindən vurulub.

Türkiyə mətbuatının yazdığına görə, Əl-Qaidə dünən yaydığı bəyanatla məlumatı təsdiqləyib.

İsrail qəzeti isə Əbu Kayr əl Masrinin avtomobilinin vurulduğunu bildirməklə yanaşı, hadisənin fotolarını da yayıb.

Qeyd edək ki, əslən Misirdən olan Əbu Kayr əl Masri bin Ladenin qızı ilə evli idi.

ABŞ Üsamə bin Ladenin kürəkənini öldürdü

 





[email protected]