“Danışıqların növbəti mərhələsi tezliklə başlayacaq” - Aİ RƏSMİSİ

"Azərbaycanla yeni saziş üzrə danışıqlar prezident İlham Əliyevin səfəri zamanı - fevralın 7-də Brüsseldə başlayıb”.

 “Danışıqların növbəti mərhələsi tezliklə başlayacaq” - Aİ RƏSMİSİ

"ictimaifikir"-in APA-ya istinadən məlumatına görə, bu sözləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, hazırda hər iki tərəf danışıqların növbəti mərhələsinə hazırlaşır: "Düşünürəm ki, biz hazırlıq işimizdə çox ambisiyalıyıq. Danışıqların növbəti mərhələsi çox tezliklə başlayacaq. Aramızda razılaşmanı daha geniş sahələrdə - iqtisadiyyat, miqrasiya, ticarət, idarəçilik, insanlararası əlaqələr və mədəniyyət sahələrində inkişaf etdirməyə dair konsensus mövcuddur. Ona görə də tərəflərin hazırlaşması üçün daha çox məsələlər var”.




[email protected]