Fransa prezidentliyinə namizəd, keçmiş iqtisadiyyat naziri Emmanuel Makron verdiyi vədlə diqqət çəkib.
Makron prezident olacağı təqdirdə deputatlara qohumlarını işə qəbul etməyi qadağan edəcəyini bildirib.
E. Makron seçki öncəsi proqramını tam olaraq çərşənbə axşamı açıqlayacaq.
Qeyd edək ki, Makronun rəqibi Fransa prezidentliyinə namizəd Fransua Fiyonla xanımı Penelopa məhkəməyə çağırılıb. Fiyon ailəsi dövlət vəsaitlərinin mənimsənilməsi və saxta sənədlərin hazırlanmasında təqsirləndirilir.
KİV-də Penelopa Fiyonun bir neçə il ərzində Milli Məclisdə qanunlara uyğun olmayan şəkildə ərinin köməkçisi işləməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra yanvarın sonunda Fransa Baş Prokurorluğunda onunla bağlı istintaq işi başladılıb.
Prokurorluğun əməkdaşlarıl istintaqa siyasətçinin uşaqlarını da cəlb etmək barədə qərar qəbul edib.