Övladını sağlam böyütmək istəyənlərin menyusuna: SUPER QİDALAR

Uşağınızın böyümə və inkişafını dəstəkləmək üçün sağlam, kifayət qədər və balanslı qidalanma çox əhəmiyyətlidir. Bəs siz valideyn kimi uşaqlarınızın inkişafını necə dəstəkləyirsiniz? Aile.lent.az uşaqların inkişafına müsbət təsir edən super qidalarla sizi tanış edir.


 

Ailə ilə birlikdə səhər yeməyi şərtdir

 

Səhər yeməyi süfrəniz ailə süfrəniz olsun. Ailəcə yeyilən səhər yeməyi ruhi və fiziki doyum təmin edir. Uşaqlarınızın ictimai ünsiyyət bacarığını artırır. Eyni zamanda, günortaya qədər öyrənmək üçün ehtiyac duyduğu enerjini də verir.

 

Hər gün 1 ədəd yumurta

 

Ana südündən sonra ən keyfiyyətli zülal qaynağı yumurtadır. Tərkibindəki kolin vitaminiylə də uşağınızın beyin inkişafına, yaddaşını qüvvətlənməsinə kömək olur. Həftənin ən az beş günü uşağıın yumurta yeməsinə diqqət edin.

 

Omega-3 əhəmiyyətlidir

 

Zehni inkişafa təsir edən ən əhəmiyyətli yağ turşusudur. Odur ki, uşağın nizamlı olaraq Omega-3 qəbul etməsi vacibdir. Aldığınız Omega-3-ün "fish body oil" və IFOS sertifikatının olmasına diqqət edin.

 

Yodlu duz mütləqdir

 

Tiroid vəzi həm bədəni, həm də beyni idarə edən bir orqandır. Tiroid orqanının nizamlı olaraq hormon sekresiyalaşdırmasında isə yod ən əhəmiyyətli faktordur. Yeməklərinizdə yodlu duz istifadə edin. Duzu yeməyi ocağın üstündən götürənə yaxın əlavə etməyi unutmayın.

 

B12 vitamininə diqqət edin

 

Vitamin çatışmazlığı yorğunluq, diqqət dağınıqlığı, qavrama çətinliyi, yaddaş zəifliyinə səbəb olur. Bu vitaminlə zəngin resurslar isə yalnız heyvani qidalardır (ət və ət məhsulları, yumurta, süd və süd məhsulları). Uşağınızın nizamlı olaraq həftədə 2-3 gün qırmızı ət, ən az 5 gün yumurta və gündə 3 boşqab az yağlı süd və süd məhsulları yeməsinə çalışın.

 

Dörd mövsüm qırmızı meyvələr

 

Zehni funksiyaların aktiv fəaliyyəti və yaddaşı gücləndirmək üçün antioksidant şərtdir. Uşağınızın bədəninə daxil olan antioksidantlar beyni qoruyur. Antioksidant anbarı olan qırmızı meyvələrə və ümumiyyətlə, mövsüm meyvələrinə uşağın rasionunda geniş yer ayırın.

 

D vitamininə laqeyd yanaşmayın

 

Aparılan araşdırmalar sübut edib ki, D vitamini çatışmazlığı zehni funksiya pozulmalarına səbəb olur. 5 yaşdan yuxarı uşaqlarda isə 0-5 yaş qrupuna görə D vitamini səviyyəsi 40% daha aşağıdır. İmmunitetin güclənməsi, zehni funksiyaların artması üçün hər gün uşağınızla birlikdə 15 dəqiqə günəşdən faydalanmağı unutmayın.

 

Dəmirlə zəngin qidaları bol edin

 

Qanda dəmir çatışmazlığı uşağın inkişafına mənfi təsir edir və zəka geriliyinə səbəb olur. Tədbir görülmədikdə də bu gerilik qalıcı ola bilər. Uşağınızın qidalanmasında dəmir qaynağı qidalarla (ət və ət məhsulları, yumurta, quru paxlalılar) yanaşı, C vitamini (çiyələk, kivi, bibər, yaşıl yarpaqlı tərəvəzlər, pomidor) qaynağı qidalara yer verərək, dəmirin bədəndən sorulmasını gücləndirin.

 

Beyni qidalandıran sink

 

Beyin və gözdə ən çox olan minerallardandır. Bədənin həyati funksiyalarında, böyümə hormonunun quruluşunda rol oynayır. Çatışmazlığı nəticəsində əlamətlər: inkişaf geriliyi və infeksiya xəstəliklərində artım. Kifayət qədər sink qəbulu uşağınızın inkişafını dəstəkləyir, immunitetini artırır, öyrənmə müvəffəqiyyətini yüksəldir. Bunun üçün də uşağınızın nizamlı olaraq ət və ət məhsulları, dəniz məhsulları və tam taxıllar yeməsinə çalışın.

 

Fiziki inkişafı sürətləndirən möcüzəvi qida yoxdur

 

Nizamsız, tək növ və fast-food qidalanma piylənmənin artmasına, inkişafın geriləməsinə səbəb olur. Uşağınızın bu cür qidalanma davranışları varsa, inkişafını dəstəkləmək üçün müəyyən bir qidadan ümid gözləməyin. Tək halda heç bir qida boy uzatmaz, çəki azaltmaz. İnkişafı dəstəkləyən yeganə alternativ nizamlı, kafi, balanslı və sağlam qidalanmadır. Sağlam qidalanma və sağlam həyat üçün mütləq uşaq dietoloqu ilə məsləhətləşin.

 

Ruh halı da əhəmiyyətlidir

 

Mütləq uşağınızla yaxşı və keyfiyyətli vaxt keçirin. Ailə olaraq texnologiyanın əsiri olmayın. Söhbət edin, uşağınızı dinləyin, düşüncələrinə əhəmiyyət verin. Onun da sizin düşüncələrinizə əhəmiyyət verməsinə çalışın. Ailə arasındakı keyfiyyətli ünsiyyət dinləməkdən və özünü ifadə edə bilməkdən keçir. 




[email protected]