Rusiya BMT TŞ-nin növbəti qətnaməsini blokladı

Rusiya veto hüququndan istifadə edərək BMT TŞ-nin Suriyaya qarşı sanksiyaların tətbiq edilməsi barədə qətnaməsini bloklayıb. APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, BMT TŞ-nin 9 üzvü sənədi dəstəkləyib. Rusiya, Çin və Boliviya "əleyhinə”, Qazaxıstan, Efiopiya və Misir "bitərəf” olublar.  

 

Rusiya BMT TŞ-nin növbəti qətnaməsini blokladı 

Rusiyanın BMT-dəki nümayəndəliyindən bildirilib ki, Təhlükəsizlik Şurasına təqdim edilən qətnamədə yer almış mətni Rusiya heç cür dəstəkləyə bilməz.    

 

Qətnamə layihəsində ABŞ, Fransa və Böyük Britaniya Suriya Silahlı Qüvvələrinin kimyəvi silahdan istifadə etmə faktlarını pisləyir və həmin hallarla əlaqəli fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etməyi təklif edirlər. 




[email protected]