Binəli Yıldırım: Hələbdən 40 min mülki şəxs təxliyə olunub
Suriyanın Hələb şəhərindən 40 min mülki şəxs təxliyə olunub.
Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət təşkilatları rəhbərlərinin 114-cü iclasında deyib.
Baş nazir bildirib ki, bu günə qədər təqribən 40 min mülki vətəndaş təhlükəsiz bölgələrə təxliyə edilib:
"Bu, asan başa gəlmədi. Bölgədə müharibənin bitməsini istəməyən qüvvələr hər fürsətdə sülhə mane olmağa çalışırlar".
B.Yıldırım əlavə edib ki, Türkiyə təxliyə işlərinin aparılması üçün səylərini davam etdirir.
[email protected]