“Moskva üçlüyünün” Suriya qərarı
Rusiya, Türkiyə və İranın anlaşması münaqişənin həlli yönündə mühüm addım sayıla bilər
[img=left]http://cdn.trt.net.tr/images/large/rectangle/f7b7/8dba/ae9a/585a08b36b8e9.jpg?time=1482299011[/img]
Dekabrın 20-də Moskvada Rusiya, Türkiyə və İran XİN rəhbərləri arasında Suriya münaqişəsi ilə bağlı görüş olub. İlk dəfə olaraq məhz bu üç ölkə Suriya böhranına dair ortaq təşəbbüslə bir araya gələrək müəyyən məsələlərlə bağlı anlaşma əldə ediblər.
Məlum olub ki, XİN rəhbərləri Suriyada siyasi həll prosesinin yenidən canlandırılması ilə bağlı razılıq əldə ediblər. Nazirlərin mətbuat konfransında Rusiya XİN rəhbəri Sergey Lavrov deyib ki, hər 3 ölkənin hökumətləri “Suriyada əsas məqsədin rejim dəyişikliyi olmadığı” ilə bağlı razılığa gəlib. Onun sözlərinə görə, razılaşma Suriyanın ərazi bütövlüyü, müstəqilliyinin qorunması və “terrora qarşı mübarizə”ni nəzərdə tutur.
Nazirlərin qəbul etdiyi bəyannamədə göstərilir ki, 3 ölkə Suriyada hakimiyyət və müxalif qüvvələr arasında əldə olunacaq razılaşmanın təminatçısı olmağa hazırdır. Eyni zamanda tərəflər etnik, din və məzhəb fərqi qoymadan Suriyanın müstəqilliyi, ərazi bütövlüyünə hörmət edir və münaqişənin hərbi həll yolunun olmadığını bəyan edir.
Tərəflər Suriya münaqişəsinin BMT TŞ-nin 2254 saylı qərarı əsasında aparılan danışıqlar prosesinə sadiq qaldıqlarını bildirib, eyni zamanda beynəlxalq ictimaiyyətə bu anlaşmanın icrası qarşısında maneələrin ortadan qaldırılmasına dəstək çağırışı edilib.
Bundan başqa, mətndə Hələbdə mülki əhalinin təxliyəsinin davam etdirilməsi, habelə Fua, Kefreya, Zabadani və Madaya məntəqələrində davam edən təxliyə fəaliyyətləri təqdir olunub. Nazirlər həmçinin İŞİD və “Cəbhə ən-Nusra” (indiki adı “Şamın Fəth Cəbhəsi”) terror təşkilatlarına qarşı mübarizə və digər silahlı müxalif qrupların bunlardan ayrılması ilə bağlı razılığa gəliblər.
Image result for BMT TŞ
Ortaq bəyanat 8 maddədən ibarətdir. Maddələrdə Suriyada BMT TŞ qətnaməsinə uyğun danışıqların davam etdirilməsi, mülki əhalinin təhlükəsiz ərazilərə köçürülməsinin təmin olunması, savaş bölgəsinə yardımların çatdırılmasının təmin edilməsi, bütün ölkə ərazisində atəşkəsə nail olunması, prezidentlərin Qazaxıstan (Astana) görüşünün dəstəklənməsi və nəhayət, “Cəbhət ən-Nusra” və İŞİD-ə qarşı birgə mübarizənin dəstəklənməsi yer alır.
Qeyd edək ki, Moskva toplantısı konkret qərar mexanizmi ortaya qoymasa da, bir sıra səbəblərdən çox mühüm əhəmiyyət daşıyır. Birincisi, ilk dəfə olaraq beynəlxalq təşəbbüs və BMT mandatı ilə deyil, ölkələrin öz təşəbbüsü ilə, Qərb ölkələrinin iştirakı olmadan Suriya danışıqları keçirilib.
Image result for Rusiya Türkiye İran
İkinci mühüm amil hər 3 ölkənin Suriyada “açar güc” olması ilə bağlıdır. Onların 3-ünün hazırda Suriya ərazisində silahlı qüvvələri var, münaqişə aparan tərəfləri dəstəkləyir, yəni dolayısı ilə birbaşa münaqişənin içərisində olan, proseslərə təsir imkanına sahib dövlətlərdir. Üçüncü mühüm amil isə hər üç dövlətin hazırda maraqları onları Suriyada anlaşmağa sövq edir. Rusiya və İran müttəfiq münasibətlərinə malikdir, Türkiyə isə müxalif qrupları dəstəkləsə də, Suriyanın ərazi bütövlüyünün qorunması, kürd məsələsində Rusiya və İranla həmfikirdir, digər tərəfdən, Qərblə kürd məsələsində fikri ayrılığında olduğu üçün indi Ankara üçün Suriyada Moskva ilə anlaşmaq daha rahat və əlverişlidir.
Image result for Rusiya Türkiye İran
Moskva toplantısından çıxan ən mühüm qərarlardan biri də Bəşər Əsədin iştirak etdiyi keçid prosesi ilə bağlı ortaq mövqedir. Daha əvvəl Ankara bu məsələdə tərəddüdlü olsa da, son hadisələrdən sonra bütün tərəflərin, o cümlədən mövcud hakimiyyətin də iştirak edəcəyi yeni hökuməti tanımağa razılaşıb. Hər halda, bu görüş Türkiyənin İran və Rusiya tandeminə qatılması və ya ən azı onlarla uzlaşmağa çalışması yönündə ən mühüm addım hesab oluna bilər.
Təbii ki, əsas qərarlar Rusiya və Türkiyə prezidentlərinin yaxınlarda Astanada (Qazaxıstan) baş tutacaq görüşündə qəbul oluna bilər - əgər iki dövlət anlaşa bilsə. O zaman bu, Suriya münaqişəsinin həllində mühüm addım olacaq. Artıq Qərb mediası da Moskva görüşünü Qərbin Suriya münaqişəsində təsir rıçaqını itirməsi adlandırır. Məsələ ondadır ki, Qərb və ərəb müttəfiqlərinin Suriyada əsas təsiri məhz Türkiyə üzərindən həyata keçir. Silah, maddi yardım və silahlılar əsasən Türkiyə üzərindən Suriyaya keçir. Yəni dolayısı ilə Türkiyənin mövqeyi Suriya münaqişəsinin taleyində həlledici rol oynayacaq.
[email protected]