Bakı güc balansını qoruyacaq - Kölgə MKİ

Rusiya və Qərb arasında hərbi və diplomatik münasibətlərin dalana dirənməsindən sonra Moskva özünün Avrasiyadakı qonşuları ilə təhlükəsizlik sahəsində əməkdaşlığını artırıb.
 Bakı güc balansını qoruyacaq - Kölgə MKİ
Axar.az xəbər verir ki, bu sözlər “Kölgə MKİ” kimi tanınan “Stratfor” şirkətinin hazırladığı yeni məqalədə yer alıb. Rusiyanın Qərbin hücumlarından çəkindiyini bildirən şirkət Moskvanın keçmiş SSRİ ölkələrində öz təsirini genişləndirməyə başladığını qeyd edib:

“Rusiya reaktiv atəş sistemlərini Tacikistandakı bazasında yerləşdirdi. Üstəlik, Moskva 2017-ci ildə Tacikistana əlavə silahlı qüvvə göndərəcəyini bəyan etdi. Bu, Moskvanın regionda öz mövcudluğunu genişləndirmək üçün yeni imkanlar axtaracağına işarədir. 12 dekabrda isə Rusiya və Belarus terrorizmə qarşı birgə əməliyyatlar keçirilməsi barədə razılaşdılar. Ermənistanda Rusiya ilə birgə vahid ordu birləşmələrinin yaradılmasına başlanılıb. Rusiya keçmiş SSRİ ərazilərində öz təsirini Avropada gərginləşən siyasi şərait fonunda, həmçinin ABŞ-ın yeni prezidentinin seçilməsi ilə yaranan qeyri-müəyyənlikdən istifadə edərək gücləndirməyə çalışır.

Moskva ilə müqavilə imzalamaqlarına baxmayaraq, Rusiyanın Avrasiyadakı müttəfiqləri ona öz ərazilərində sərbəst fəaliyyətə izn verməyiblər. Nə Tacikistan, nə Ermənistan Rusiyaya öz bazalarındakı ordu sayını artırmağa imkan yaratdı. Azərbaycanla Özbəkistan isə daha çox öz neytrallıqlarını qoruyacaqlar. Hər iki ölkə Rusiya ilə hərbi əməkdaşlığı digər regional güclərlə təhlükəsizlik sahəsində imzalayacaqları yeni müqavilələrlə balanslaşdırmağa çalışacaq. Moskvanın bu ölkələrlə əməkdaşlığını genişləndirməsi Kremlin gələn il də regionda daha sərt təhlükəsizlik strategiyası həyata keçirəcəyinə işarədir”.


[email protected]