Azərbaycanın AŞ PA-dakı rüsvayçılığının nəticəsi necə olacaq?

Azərbaycanla bağlı araşdırmalar Luka Volonte ilə məhdudlaşmayacaq

İtaliyadan olan bir deputata Luka Volonteyə Azərbaycan hökumətinin 2 milyon 390 min avro həcmində rüşvət verməsi AŞ PA-da böyük qalmaqala səbəb olub. AŞ PA-da sədr müavini olmuş L.Volonte imkan verməyib ki, Avropa Şurası Azərbaycanlı siyasi məhbusları müdafiə etsin. Məhz onun səyləri nəticəsində Ştrasserin hazırladığı siyasi məhbuslar siyahısı AŞ PA-dan keçməyib. Bəs, ortaya çıxan faktlar nə vəd edir?

Ekspertlər hesab edir ki, məsələ kifayət qədər ciddidir. Əgər L.Volonte İtaliya prokurorluğu ilə əməkdaşlıq edərək, aldığı rüşvətləri etiraf edirsə, təbii ki, bu əməkdaşlıq həmin rüşvətin mənbəyi haqqında məlumatın açıqlanmasını da ehtiva etməlidir. Bütün bu məqamlar aydınlaşandan sonra Azərbaycan AB tərəfindən ciddi hərəkətliliyin şahidi olacaq. Ekspertlərə görə, Azərbaycanla bağlı araşdırmalar L.Volonte ilə məhdudlaşmayacaq. Baş verənlər AŞ PA rəhbərliyində təmsil olunan və bu tip fəaliyyətlə məşğul olan digər şəxslərin də ifşası ilə nəticələnəcək.Azərbaycanın AŞ PA-dakı rüsvayçılığının nəticəsi necə olacaq?


[email protected]