Sumqayıtda “DəyərliSən” inklüziv festival keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi  Sumqayıtda “DəyərliSən” inklüziv festival təşkil edib.
Festival 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri, psixonevroloji sosial xidmət müəssisələri və 1 saylı Uşaq evinin sakinləri, eləcə də əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası mərkəzinin benefisiarlarının iştirakı ilə keçirilib. Məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək, ictimai həyatda fəal iştirakına şərait yaratmaq, eləcə də onların yaradıcı potensiallarını üzə çıxarmaq olub.
Sumqayıt Dövlət Dram Teatrında keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, Vətən müharibəsi əlilləri, universitet və kollec tələbələri, həmçinin ictimaiyyət üzvləri iştirak ediblər.
Festival iştirakçıları sosial xidmət müəssisələrinin sakinlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub, uşaqların ifasında müxtəlif ədəbi-bədii kompozisiyaları izləyiblər.
Festival iştirakçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.




[email protected]