Əməkdar elm xadimi, sabiq millət vəkili, professor Həsən Mirzəyevin 98 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan 
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru, 
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı, 
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı 

Filologiya elmləri doktoru, tanınmış dilçi-türkoloq alim, şair, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, sabiq millət vəkili, professor Həsən Mirzəyevin 98 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. 
Tədbirdə ADPU-nun elmi heyəti, elm və təhsil qurumlarının nümayəndələri, ictimaiyyət üzvləri iştirak etmişlər. 

Tədbir zamanı Müasir Azərbaycan dili kafedrasının müdiri professor Könül Səmədovanın professor Həsən Mirzəyevin xatirəsinə həsr olunmuş “Qərbi Azərbaycan etnotoponimlərinin arealları” adlı kitabının təqdimatı baş tutmuşdur. 4 dildə nəşr olunan kitabda hal-hazırda Ermənistan ərazisi hesab edilən tarixi Azərbaycan torpaqlarındakı etnotoponimlərin linqvistik təhlili verilmiş, bu ərazilərdə mövcud olmuş bir çox etnonimin türkdilli xalqların adları ilə bağlı olduğu elmi sübutlarla əsaslandırılmışdır.


25.11.2025


[email protected]