Azərbaycan Aktauda Beynəlxalq Gənclər Forumunda təmsil olunur

Aktau şəhərində “Aktau Youth Forum” Beynəlxalq Gənclər Forumu işə başlayıb.
AZƏRTAC Mangistau vilayətinin icra orqanının mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbir Qazaxıstanın bütün regionlarından, o cümlədən Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Türkiyədən olan 150 gənc lideri bir araya gətirib.
Forum çərçivəsində əvvəlcə gənclər tərəfindən həyata keçirilmiş sosial və maarifləndirici layihələrin sərgisi təşkil olunub.
Tədbirin əsas məqsədi gənclərin mənəvi, intellektual və sosial potensialının artırılması, beynəlxalq əməkdaşlığın inkişafı və dövlətlərin gənclər siyasətinin səmərəli icrasına dəstək göstərməkdir.
Forumun proqramına panel sessiyalar, təcrübə-seminarlar, vörkşoplar, eləcə də Mangistau vilayətinin mədəni-tarixi obyektlərinə ekskursiyalar daxildir.
Beynəlxalq Gənclər Forumu noyabrın 7-dək davam edəcək.



[email protected]