Qarabağ və Şərqi Zəngəzurdan olan bələdçilərə təlimlər keçirilib

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə yeni turizm bələdçilərinin hazırlanması məqsədilə keçirilən təlimlər başa çatıb.
Agentlikdən bildirilib ki, təlimlər nəzəri və praktik hissələrdən ibarət olub və Ümumdünya Bələdçilər Federasiyasının təyin etdiyi standartlar əsasında Azərbaycan Turizm Bələdçilər Assosiasiyası tərəfindən keçirilib.
Təlimlər Qarabağın tarixi və abidələri, bələdçilik peşəsi haqqında məlumatlar, beynəlxalq bələdçilik texnika qaydaları, tur marşrutu tərtib və təqdim etmək, turizm məkanları və obyektlərini düzgün təsvir etmək, həyəcanı idarə etmək, səsi idarə etmək, sualları doğru cavablandırmaq, turistlərlə və xüsusilə həssas turistlərlə davranış qaydaları kimi mövzuları əhatə edib.
Təlimlərin nəzəri hissəsi Naftalan şəhərində, praktik hissəsi isə Qarabağın turizm potensiallı ərazilərində, həmçinin Gəncə və Bərdə şəhərlərində olub.



[email protected]