Kol Durham: İqlim probleminin həlli yolunda dini liderlərin fikirləri çox mühümdür

Hazırda COP29 çərçivəsində keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitində dini liderlərə göstərilən diqqətə şahid olmaqdan çox məmnunam. Bu, onu göstərir ki, iqlim probleminin həlli yolunda dini liderlərin fikirləri çox mühümdür.
Bunu müsahibəsində G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham deyib.
O qeyd edib ki, dini liderləri bu prosesə cəlb etməklə COP-un təsiri daha da genişləndirilib: “Düşünürəm ki, Azərbaycan bu məsələdə çox önəmli və nümunəvi işlər görür”.



[email protected]