27 sentyabr Zəfərin başlanğıc tarixidir...
Rəhimova Rəqibə Cəfər qızı
Göyçay şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının müdiri,
Heydər Əliyev-100 media mükafatı laureatı
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu Vətən müharibəsi otuzillik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Ermənistanın işğalçılıq siyasəti elan edilmədən başlayan müharibəyə, müharibə isə Azərbaycanın torpaqlarının işğalına səbəb oldu.
Ermənistan BMT Təhlükəsizlik Şursının qəbul etdiyi qətnamələrə əməl etmədi, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə, təkliflərinə məhəl qoymadı. Bunlara görə ona heç bir beynəlxalq təzyiq göstərilmədi. Belə loyal münasibətə görə Ermənistan mövcud status-kvonu saxlamaq məqsədi ilə danışıqlardan yayınırdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev birmənalı şəkildə bildirdi ki, "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz". Bu qətiyyət Ermənistanı da, onun havadarlarını da niyyətindən çəkindirməli idi. Lakin Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə istər dövlət sərhədlərindən, istərsə də işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərinə hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı. 2016-cı ilin aprelində də belə oldu, 2020-ci ilin iyulunda da.
Ermənistan ordusu sentyabrın 27-də müxtəlif istiqamətlərdən müxtəlif təyinatlı silahlarla yenidən hücum etdi. Azərbaycan Ordusnunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatına başladı. Bu, Vətən müharibəsi idi.
Düşmən işğal etdiyi ərazilərdə müdafiə sistemi yaratmışdı, onu illərlə möhkəmlətmişdi, təkmilləşdirmişdi. Yaratdığı “Ohanyan səddi” ilə qürurlanırdı, ordusunu və əhalisini inandırmağa çalışırdı ki, Azərbaycan Ordusu bu səddi keçə bilməz. Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu düşmənin müdafiə səddini darmadağın etdi. Müxtəlif istiqamətlərdə gedən döyüşlərdə düşmən ağır məğlubiyyətlərə uğrayırdı. Düşmənin ordusu müqavimət göstərə bilmirdi, bəzi döyüşlərdən sonra geri çəkilirdi, hərbçiləri döyüşdən yayınırdı, qaçırdı. Bu, düşmənin məğlubiyyətini yaxınlaşdırırdı.
Xalqımız ordumuzun qələbəsinin iştirakçısı idi. Bütün səviyyələrdə orduya mənəvi və maddi dəstək göstərirdi. Vətən müharibəsində analar cəbhəyə, döyüşən orduya həm ana sevgisiylə hazırladıqları yeməklər, həm də əlcək, şərf və s. toxuyub göndərirdi. Döyüşçülərin bunlara ehtiyacı yox idi, ancaq bu hədiyyələr onların döyüş əzmini, qələbə ruhunu kükrədirdi. Bir ana göndərdiyi hədiyyələrin içinə bir məktub da qoyubmuş: “Oğlum Birinci Qarabağ mühari-bəsində şəhid oldu. Onun paltarlarını indiyə kimi saxlayırdım. İndi oğluma qardaş bildiyim sən əsgər oğluma göndərirəm. Mənə oğlumun dərdini qazanacağınız qələbə unutduracaq, oğlum. Qələbədən sonra qarşıma çıxan ilk əsəgərə oğlum deyəcəm. Onda oğlumun ruhu da sənə - əsgər qardaşına sağ ol deyəcək...”. Bu məktub Vətən müharibəsinin mahiyyətinin nə olduğunu bütün çalarlarıyla açır. Yəni Vətən müharibəsi xalqın müharibəsi idi. Hamı özünü döyüşənlərin sırasında hiss edirdi...
2020-ci ilin 27 sentyabrı son 30 ilin ən yadda qalan tarixi günlərindən biridir. İşğalçı dövlət sülh danışıqlarından yayınırdı, beynəlxalq təşkilatlar bu danışıqların baş tutmasını təmin edə bilmirdi. Dünyanın aparıcı dövlətləri də müəyyən məqamlarda işğalçının mövqeyinə ciddi etirazını bildirmirdi. Bu, qeyri-rəsmi himyədarlıq idi.
Vətən müaharibəsi ərəfəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dedi: “Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil”. Bu səmimi fikir Vətən müharibəsində reallaşdı. “Bayraktar”lar düşmənin müdafiə sədlərini, qruplaşmalarını, strateji mövqelərini, canlı qüvvəsini darmadağın etdi. Nə düşmən, nə də onun havadar-ları bu hücumu dayandırmaq gücündə, qüdrətində deyildi.
Azərbaycan Ordusu qətiyyətlə döyüşürdü. Müxtəlif istiqamətlərdə qazanılan mövqe qələbələri ordumuzu son döyüşə yaxınlaşdırırdı.
Vətən müharibəsindən sonra dünya mətbuatında müxtəlif səpkili, məzmunlu məqalələr dərc edildi. Əksəriyyətində Azərbaycan Ordusnunun gücü, qüdrəti etiraf edilir, əsəgərlərinin döyüş əzminə, qələbə ruhuna heyrət ifadə olunurdu. “400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyil", - bu fikirlər muzdlu erməni döyüşçüsünün etirafıdır.
Vətən müharibəsi vətənpərvərliyin işğalçılıqla, azərbaycançılığın erməniliklə döyüşləriydi. Bu müharibə xalqın qələbə ruhunun müharibəsiydi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqa müraciətində dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. Bu Zəfərin başlanğıcı Cənab Prezidentin qətiyyətindədir, xalqa sevgisindədir, dövlətçiliyə sədaqətindədir, xalqın orduya dəstəyindədir. Bu Zəfərin başlanğıcı tarix olaraq 27 sentyabrdır. Bu tarixi Zəfərlə Ermənistanın işğalçılığına son qoyuldu. Azərbaycan Ordusu Ermənistanın ordusunu darmadağın etdi.
Vətən müharibəsi başa çatdıqdan sonra Silahlı Qüvvələrimizin Ali Baş komandanı Prezident İlham Əliyev çox mühüm sərəncam imzaladı. Sərəncam Azərbaycan Respublikasında anım gününün təsis edilməsi haqqında oldu ki, bu da Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-sində qeyd olunur.
[email protected]