Növbəti “iPad Pro” üçün yeni məlumatlar verilib

"Apple” şirkəti bu il yeni "iPad Pro” planşetini təqdim edəcək. Koreyanın "The Elec” saytının məlumatına əsasən, "LG Display” şirkəti yeni planşet üçün nəzərdə tutulmuş OLED ekranların kütləvi istehsalına artıq start verib. Söhbət "iPad Pro”nun flaqman versiyasının sahib olacağı 13 düym ekranlardan gedir.
Yaxın zamanda isə "Samsung Display” şirkəti "iPad Pro”-nun digər versiyasının sahib olacağı 11 düym ölçülü ekranların istehsalına start verəcək. Bu isə öz növbəsində "Apple” şirkətinin planşeti yaxın zamanda təqdim edəcəyinə işarə edir.


[email protected]