Bu gün Gürcüstanda 8 minədək HİV-ə yoluxmuş insan yaşayır

Bu gün Gürcüstanda 8 minə yaxın HİV-ə yoluxmuş insan yaşayır. Bu, bir çox ölkələrlə müqayisədə xeyli azdır.

 bu barədə jurnalistlərə Gürcüstanın İnfeksion Patologiya və QİÇS Mərkəzinin direktoru Tengiz Tertsvadze məlumat verib. Onun sözlərinə görə, Gürcüstan bir sıra ölkələrdən fərqli olaraq genişmiqyaslı QİÇS epidemiyasından yayınıb. Hökumət və qeyri-hökumət strukturlarının birgə səyləri ilə Gürcüstan QİÇS epidemiyasının qarşısını ala bilib. Hökumət 2025-ci ilə qədər bütün HİV-ə yoluxmuş insanların 95 faizini aşkar etməyi qarşıya məqsəd qoyub.

"Bu gün bizdə olan bütün HİV-ə yoluxmuş insanların 83 faizi müəyyən edilib. Onlar HİV-ə yoluxduqlarını bilirlər və nəzarətimiz altındadırlar”, – deyə T.Tertsvadze vurğulayıb. Mərkəz rəhbəri deyib ki, HİV xəstələrinin 86 faizi müalicəyə razılıq verib və bütün qaydalara riayət etməklə müalicə olunurlar. Müalicə alanların 92 faizi hələ də tam sağalmayıb, lakin virus zərərsizləşdirilib.




[email protected]