İctimaifikir.az Xəbər Portalının xüsusi buraxılışı olan "Zirvədəki Azərbaycanlılar"kitabının təqdimatlarından biri 20. 08.2023 cü il tarixində Ankara şəhərində
"Rəsm Və Heykəl"muzeyində baş tutdu.Tədbirdə muzeyin drektoru İsa Yılmaz,muzey əməkdaşları,kitabın müəllifləri Nahidə Aslanqızı və Mahilə Qurbanova və tədbirə dəvət olunan qonaqlar iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Xəbər Portalının rəhbəri Nahidə Aslanqızı kitabla bağlı əhatəli çıxış edərək,Ulu öndər Heydər Əliyev haqqında geniş məruzə etdi. "Bir Millət İki Dövlət" adlı layihə barədə giriş edərək sözü müavini, şairə, layihənin direktoru Mahilə Qurbanovaya verdi.
Mahilə xanım sözü gedən layihə haqqında geniş məruzə edərək iki dövlətin böyük liderləri Ulu öndər Heydər Əliyevin "Bir Millət İki Dövlət!",Türkiyənin müdrük şəxsiyyəti Atatürkün "Azərbaycanın sevinci sevincimiz,kədəri kədərimizdir!"kəlamlarını qeyd edərək Azərbaycan,Türk dostluğunun və qardaşlığının dərin tarixi kökə malik olduğunu söylədi.
Eyni zamanda bu günə qədər dostluğumuzun və qardaşlığımızın davam etməsi, bütün sahəlırdə yüksələn xətt üzrə daha da genişlənməsi bu iki dahinin müdrük söylədiyi kəlamlarının bariz nümunəsidir deyərək əlavə etdi.
Qeyd edək ki, Mahilə xanım "Zirvədəki Azərbaycanlılar" kitabının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş kitablarından bir hissəsinin müəllifi Turə xanım Qasımova olduğunu söylədi.
O çıxış zamanı Zirvədəki Azərbaycanlımız Turə Qasımovanın Bakı şəhəri Perekeşkül tam orta məktəbinin drektoru , bununla yanaşı dəyərli müəllim, işgüzar, Vətənpərvər xanım, qayğıkeş ana olduğunu qeyd etdi. Və növbəti layihələrdə onun da bizlərlə birlikdə iştirak edəcəyini söylədi.
Bu layihənin həyata keçirilməsində dəstək olan İsa Yılmaza,Gülər Dişbudağa,Məhəmməd Ayberə İctimaifikir.az Xəbər Portalının Fəxri mükafatları təqdim olundu.Muzeyin drektoru İsa Yılmaz bu layihə ilə bağlı münasibətini və fikirlərini bildirərək təşəkkür etdi.Tədbir "Bir Millət Və İki Dövlət"dostluğu və qardaşlığı mövzusunda çıxışlarla davam etdi.
,
[email protected]