SON XƏBƏRLƏR
Atası kimi Hərbi Polis olmaq istəy

 Atası kimi Hərbi Polis olmaq istəy
İbrahimzadə Nuray Tural qızı 

İbrahimzadə Nuray Tural qızı 5 avqust 2016-cı ildə Bakı şəhərində anadan olub. Yasamal rayonu 161 nömrəli tam orta məktəbin 1 ci sinfində oxuyur. Atası kimi Hərbi Polis olmaq istəyir.Yaxşı və əla qiymətlərlə oxuyur. Sinif müəllimi Sofiyeva Lətifə müəllimə ondan çox razıdır. Atası zabitdir. Mayor rütbəsi alıb. II vətən müharibəsi iştirakçısıdır, müharibə veteranıdır. 
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə şərəfli peşəsini davam etdirir.
Müəllim şərəfli peşədir. Bu peşənin nə qədər müqəddəs olduğunu məktəbə qədəm qoyduğumuz ilk anlardan dərk edirik. İlk müəllimimiz bizə elmin sirrlərini öyrədir, qaranlıqları işıqlandırır, elm yollarımıza nur səpir. Ana vətənin nə qədər müqəddəs olduğunu bizə öyrədir. İlk müəllim heç zaman unudulmur. Bu müqəddəs peşə sahiblərindən biri 160 nömrəli klassik gimnaziyanın qayğıkeş  ibtidai sinif müəllimi Ulduz Ocaqovadır. O şagirdlərini çox sevir. Biliklərini heç zaman onlardan əsirgəmir.
Yetirmələri onun ən böyük mükafatlarıdır. Sizə təqdim edəcəyimiz Nuray Ulduz müəllimənin ailəsində dünyaya göz açıb. Nənəsi Ulduz müəllimə ona vətənə olan sevgini ilk günlərdən aşılayıb. Vətənpərvər ailədə dünyaya göz açan Nurayın atası Qarabağ torpağında xidmət edir. Bir zamanlar işğal altında olan torpaqlarımız indi azaddır. Qarabağ Azərbaycandır! Nuray səsləndirdiyi şeirlərdə vətənə olan sevgisini hamıyla bölüşür. O qeyd edir ki: "Yaşasın Azərbaycan!, Yaşasın Azərbaycan Xalqı!, Yaşasın Cəsarətli Azərbaycan Ordusu!" Tarixi qələbəmizlə qürur duyuruq.Nuray xalqına sonsuz məhəbbət ruhunda böyüyür. 




[email protected]