İsraildə dron proqramı hazırlanıb

Pilotsuz aparatların səmaya hakim olmasını gözləməməkdə qərarlı olan İsrail startapı "Airwayz” dronların səmada hərəkətini tənzimləmək yolunu seçib. Buna süni intellektə əsaslanan PUA-lar üçün "Waze” analoqu kömək edəcək.

xəbər verir ki, şirkətin qənaətinə görə, artıq dünyada on minlərlə şirkət tərəfindən istehsal olunan dronların hazırkı istehsal tempində 10 ildən az müddətdə nəqliyyatda, o cümlədən insanlarda köklü dəyişikliklər olacaq. Böyük və kiçik pilotsuz təyyarələrin böyük kütləsi 50-100 metr yüksəklikdə hərəkət edərək hava məkanını dolduracaq.

Bütün bunlar səmada nəqliyyatın tənzimlənməsi sahəsində böyük səylər tələb edəcəkdir. Əvvəlcə öz dilinizi inkişaf etdirməli, bu dildə "başımızın üstündə uçan metal parçaları" bir-biri ilə əlaqə quracaq, sonra isə səma hərəkəti qaydalarını tərtib etməlisiniz. "Waze” gələcəkdə yüz milyonlarla sürücünün problemini həll etməyə çalışacaq və İsrail startapı "Airwayz” məhz indidən bunu edir.

"Airwayz” (Airwayz Drones) texnologiyası dünyanın ən perspektivli texnologiyalarından biri hesab olunur və aşağı hündürlükdə pilotsuz uçuş aparatlarının hərəkətinə nəzarəti tənzimləyir. Yenilik artıq İsrail polisi tərəfindən istifadə edilir və o, real vaxt rejimində minlərlə təyyarəyə nəzarət edən Rotterdam hava limanında da istifadə olunur.

"Airwayz” öz alqoritmini, dilini və PUA-ların bir-biri ilə və virtual uçuş idarəetmə mərkəzi ilə əlaqə saxlamasına imkan verən protokolu işləyib hazırlayıb. Hesab olunur ki, bir neçə ildən sonra belə bir komponent olmadan təyyarəni havaya qaldırmaq mümkün olmayacaq.




[email protected]