SON XƏBƏRLƏR
Avqustun 26-27-də milli parklarda gözlənilən hava şəraiti

İstirahət günlərində - avqustun 26-27-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur–Yalama Milli Parkında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18°, gündüz 26-28° isti olacaq, Altıağac Milli Parkında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 23-27° isti olacağı proqnozlaşdırılır.

Ağgöl Milli Parkında arabir yağış yağacağı, 27-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21°, gündüz 30-32° isti olacağı bildirilir.

Qızılağac Milli Parkında arabir yağış yağacağı, avqustun 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 29-31° isti olacağı ehtimal edilir.

Göygöl Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 18-23° isti olacağı ehtimalı var.

Şirvan Milli Parkında arabir yağış yağacağı, avqustun 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21°, gündüz 30-32° isti olacağı gözlənilir.

Hirkan Milli Parkında arabir yağış yağacağı, avqustun 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 29-31° isti olacaq.

Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.

,


[email protected]